Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib

1 Sentyabr 2020 23:38 (UTC+04:00)

Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu gün Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Corat sularda xilasetmə məntəqəsinin ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.