Ən uzun müddətli koronavirus xəstəsi aşkarlandı

1 Sentyabr 2020 23:54 (UTC+04:00)

Braziliyada beş ay COVID-19 daşıyıcısı olmuş pasiyent aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə Rio-de-Janeyro Federal Universitetinin Molekulyar Virusologiya laboratoriyasına istinadən “O Globo” qəzeti yazıb.

Məlumata görə, söhbət qadından gedir. O, 152 gün ərzində koronavirus daşıyıcısı olub.

Qəzet qeyd edib ki, həmin şəxs xəstəliyin simptomlarını hiss etməyib. Lakin mətbu orqanın yazdığına görə, qadın bu müddətdə başqalarını virusa yoluxdura bilər.

Nəşrin bildirdiyinə görə, bu, dünyada virusun insan orqanizmində ən uzun müddətli mövcudluğu ilə bağlı qeydə alınan ilk faktdır. Eyni zamanda bu, koronavirusun simptomsuz yayılmasıdır.

Adı açıqlanmayan pasiyent səhiyyə sistemində işləyir. Martda onda COVID-19-un yüngül simptomları aşkarlanıb. Bundan sonra qadın ev karantinində olub və beş ay sonra vəzifəsinin icrasına qayıdıb.