Makron Bağdada səfər edib

2 Sentyabr 2020 13:00 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron İraqa səfər edib.

"France Presse" agentliyinin yaydığı xəbərə görə, Emmanuel Makronun Bağdad səfəri bir gün davam edəcək.

Səfər çərçivəsində Fransa lideri İraqın Baş naziri Mustafa əl-Kazımi və Prezident Bərham Salehlə görüşəcək.

Qeyd edək ki, bu, Makronun Fransa Prezidenti postunda İraqa ilk səfəridir.

AzNews.az