Ukrayna MDB-nin bir neçə razılaşmasından çıxdı

2 Sentyabr 2020 18:06 (UTC+04:00)

Ukrayna MDB ölkələrinin ərazilərinin sanitar mühafizə və baytarlıq sahəsində əməkdaşlıq müqavilələrindən çıxıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, birinci razılaşma 31 may 2001-ci ildə Minskdə imzalanıb və yoluxucu xəstəliklərin idxalının və yayılmasının qarşısının alınmasına yönəlib.

12 mart 1993-cü ildə bağlanmış baytarlığa dair müqavilə isə MDB ölkələrinin yoluxucu heyvan xəstəliklərinin yayılmasına qarşı birgə fəaliyyət göstərməsi məqsədilə imzalanıb.

Bununla yanaşı Ukraynanın Nazirlər Kabineti MDB üzvü olan ölkələrin Bitki Karantini üzrə Koordinasiya Şurasının yaradılması barədə müqaviləyə də xitam verib.