Belarusda dünənki aksiyalar zamanı 128 nəfər saxlanılıb

2 Sentyabr 2020 18:43 (UTC+04:00)

Sentyabrın 1-i Belarusda keçirilən etiraz aksiyalarında 128 nəfər saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib.

“Ölkədəki etiraz aksiyalarında təxminən 2,3 min nəfər iştirak edib, icazəsiz kütləvi aksiyalarda iştiraka görə 128 vətəndaş saxlanılıb”,- deyə Çemodanova qeyd edib.

Mətbuat katibi Minskdə gün ərzində İstiqlal prospekti və şəhərin küçələri boyunca yürüşlərin keçirildiyini və axşam saatlarında Müstəqillik Meydanına toplaşan 200 nəfərin polis xəbərdarlığından sonra dağıldığını bildirib.

Bundan əvvəl, Belarus insan hüquqları mərkəzi “Vesna” 1 sentyabrda Minskdəki aksiyalarda 80 nəfərin saxlanıldığını açıqlamışdı.