Şahdəniz və AÇG yataqlarının gəliri açıqlandı

2 Sentyabr 2020 19:11 (UTC+04:00)

Bu il Azəri-Çıraq-Günəşli yatağından (01.01.2020 - 01.09.2020 tarixinə qədər) 2 657 milyon dollar gəlir əldə edilib.

Azərbaycan Dövlət Neft Fondundan AzNews.az-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) qeyd olunan tarixə qədər 232 mln. dollar gəlir qazanılıb.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 166 mln. ABŞ dolları təşkil edib.