Bu gün 2396 namizəd imtahan verir

3 Sentyabr 2020 12:00 (UTC+04:00)

Bu gün riyaziyyat və texnologiya fənləri üzrə test imtahanları keçirilir.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, imtahanlarda 2396 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.