Məşhur aktyor koronavirusa yoluxub

3 Sentyabr 2020 12:30 (UTC+04:00)

Məşhur amerikalı aktyor və idmançı Dueyn Conson koronavirusa yoluxub.

AzNews.az-ın məlumatına görə, bu barədə aktyor öz “Instagram” səhifəsindən bildirib.

O qeyd edib ki, özü ilə yanaşı, həyat yoldaşı və iki qızı da virusa yoluxub.

Onların koronavirus testi müsbət nəticə verib. İdmançı və ailə üzvlərinin xəstəliyi simptomsuz keçirdiyi bildirilib.