Ana öldü, uşaq qaldı - Mingəçevirdə

4 İyun 2013 08:06 (UTC+04:00)

Mingəçevir şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.

AzNews.az