Əfqanıstan Azərbaycana yeni səfir təyin edib

3 Sentyabr 2020 19:05 (UTC+04:00)

Əfqanıstanın Azərbaycandakı yeni səfirinin kimliyi bəlli olub.

AzNews.az Əfqanıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, diplomatik missiyanın yeni rəhbəri Amanulla Ceyhun olacaq.

Qeyd edək ki, o, buna qədər Əfqanıstan XİN-də departamentlərindən birinin rəhbəri vəzifəsində çalışıb.

Əlavə edək ki, 2018-ci ildən etibarən Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə səfir Xayrullah Spelenay rəhbərlik edirdi.