Dünyanın ən varlı qadını o oldu

3 Sentyabr 2020 22:05 (UTC+04:00)

“Bloomberg” dünyanın ən varlı qadınlarının adlarını açıqlayıb.

AzNews.az xəbər verir ki, ilk pillədə “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott dayanır. Cütlük 2019-cu ildə boşandıqdan sonra Skott “Amazon” şirkətinin dəyəri 38 milyard dollar olan 4%-lik pay alıb. Makkenzi Skottun sərvəti bununla da 68 milyard dollara çatıb. O, dünyanın ən varlı insanları siyahısında isə 12-ci yeri tutur.

Reytinq cədvəlinin ikinci sırasında “L'Oreal” parfümeriya və kosmetika brendinin sahibi Fransuaza Bettankur-Mayers qərarlaşıb. Onun ümumi sərvəti 66,8 milyard dollar dəyərləndirilir.