Portuqaliya millisində Ronaldo şoku

3 Sentyabr 2020 22:32 (UTC+04:00)

Futbol üzrə Portuqaliya millisi ciddi itki ilə üzləşib.

AzNews.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun da formasını geyinən Kriştiano Ronaldonun sağ ayağındakı barmağına infeksiya düşüb.

Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 35 yaşlı hücumçunun hazırda müalicə olunduğu diqqətə çatdırılıb. Antibiotiklərlə müalicə alan futbolçu idman zalında fərdi şəkildə məşq edir.

Portuqaliya yığmasının kapitanı Millətlər Liqasında sentyabrın 5-də Xorvatiya, 8-də isə İsveçlə matçlarda komandaya kömək edə bilməyəcək.