Ermənistanda koronavirusa yoluxanların sayı 44 461 nəfərə çatıb.
Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 190 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 891 nəfər koronavirusdan ölüb, 4 041 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.
AzNews.az