Gürcüstandan Azərbaycana 281 nəfər təxliyə olunub

4 Sentyabr 2020 11:45 (UTC+04:00)

Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, həmin şəxslərdən 123-ü Azərbaycan vətəndaşıdır:

"Digər şəxslər isə Azərbaycanda yaşamaq hüququ olan əcnəbilərdir. Onlardan 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır".

Qeyd edək ki, bu günə qədər Gürcüstandan Azərbaycana 2379 nəfər təxliyə edilib. Onlardan 1299-u Azərbaycan, 1037 nəfər Gürcüstan, 43 nəfər isə digər ölkə vətəndaşlarıdır. (Trend)

AzNews.az