Türkiyədə yoluxma və ölüm sayı artır

4 Sentyabr 2020 22:10 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 53 nəfər dünyasını dəyişib, 1612 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6564-ə, yoluxanların sayı isə 276 555-ə yüksəlib. Son 24 saat ərzində 1021 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ümumilikdə sağalan xəstə sayı 249 108-ə çatıb.