“Real” futbolçusunu “Milan”a icarəyə verdi

4 Sentyabr 2020 22:27 (UTC+04:00)

İspaniyanın "Real" klubu futbolçusu Brahim Diası "Milan"a icarəyə verib.

AzNews.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçinin 2020/2021 mövsümünü icarə əsasında A seriyası təmsilçisində keçirəcəyi bildirilib.

O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.