İranda partlayış oldu, 217 nəfər yaralandı

4 Sentyabr 2020 23:54 (UTC+04:00)

İranın qərbində güclü partlayış baş verib.

AzNews.az-ın “TASS”a istinadən məlumatına görə, İlam əyalətinin Çardaval bölgəsində xlor balonunun partlaması nəticəsində azı 120 nəfər xəsarət alıb. Bu barədə əyalət başçısı İlyas Fəttahi bildirib.

Onun sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir, vəziyyət nəzarət altındadır.

Partlayışın səbəbi araşdırılır.

***

Partlayışda yaralananların sayı 217 nəfərə çatıb. Hadisə xlor balonlarının daşınması zamanı baş verib.