Misir Mərdanov sürücüdən imtina etdi

4 İyun 2013 08:50 (UTC+04:00)



Nazir 90 AD 717 nömrəli "Mercedes C-class" avtomobili ilə tıxacda qalıb. Hər gün olduğu kimi bu gündə Bakı-Sumqayıt yolunda avtomobillərin sıxlığı və tıxac müşahidə olunub.

AzVision.az-ın əməkdaşı xəbər verir ki, Bakı-Sumqayıt yolundakı bu günki avtomobil sıxlığından əziyyət çəkənlərdən biri də sabiq təhsil naziri Misir Mərdanov olub. Belə ki, sabiq nazir özünün idarə etdiyi nömrəsi 90 AD 717 "Mercedes C-class" avtomobili ilə bu yol istiqamətindəki avtomobil sıxlığında qalıb. Çox gümanki M.Mərdanov AMEA-ya işə tələsirdi. Digər diqqət çəkən məqam isə nazirin sürücüsüz olması idi. Bir neçə dəqiqə çəkən avtomobil sıxlığından sonra sabiq nazir rahat şəkildə yoluna davam edə bildi.

Xatırladaq ki, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanov hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur və fizika-riyaziyyat elmləri doktoru, professordur. M.Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb. Naziri isə gənc kadr Mikayıl Cabbarov əvəz edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin olunub.

AzNews.az-ın əldə etdiyi məlumata görə isə M.Mərdanov yeni vəzifəyə başladığı ilk gündən maşınını özü idarə edir. Nazir postunu tərk etdikdən sonra o, sürücünün xidmətindən də imtina edib.

Elnur
AzNews.az