Belarusdakı aksiyalarda daha 41 nəfər saxlanıldı

5 Sentyabr 2020 14:10 (UTC+04:00)

Belarusun paytaxtı Minskdə keçirilən etiraz aksiyası zamanı saxlanılanların sayı artıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məlumat verib. Onun sözlərinə görə, senytabrın 4-ü keçirilən aksiyalarda 41 iştirakçı saxlanılıb, 21 nəfər isə məhkəmə yekunlaşana qədər həbsdə qalıb.

Xatırladaq ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.

Ölkədə ümumilikdə bugünədək 169 nəfər etirazçı saxlanılıb.