Zakir Həsənov Moskvada “Tank biatlonu”nun finalını izlədi

5 Sentyabr 2020 19:45 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış edib.