Reanimasiyada olan xəstələrin sayı azaldı

5 Sentyabr 2020 20:46 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 5-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 082 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 131 nəfər reanimasiyada, 12 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 135 və 16 idi.

Ümumilikdə 37 192 nəfər virusa yoluxub, 34 565 nəfər sağalıb, 545 nəfər vəfat edib.

Bu gün 7 179 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 956 492 test aparılıb.

Qeyd edək ki, bu gün 161 koronavirusa yoluxma faktı qeydə alınıb, 146 nəfər sağalıb, 2 nəfər ölüb.