Azərbaycan “Qafqaz-2020” hərbi təlimlərində iştirak etməyəcək

5 Sentyabr 2020 22:24 (UTC+04:00)

Sentyabrda Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcəklər.

Bunu AzNews.az-a Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, həmin hərbi təlimlərə, sadəcə olaraq, iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır.