Bakıda azyaşlı bağlı qapı arxasında qalıb

5 Sentyabr 2020 23:32 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda 1 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AzNews.az bildirir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.