Çilidə 6,4 bal gücündə zəlzələ

6 Sentyabr 2020 09:28 (UTC+04:00)

Çilidə 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Ovalye şəhərindən 46,5 km şimal-qərbində olub. Zəlzələnin ocağı 27,2 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.