Sumqayıt sakini narkotik vasitənin təsirindən öldü

6 Sentyabr 2020 12:10 (UTC+04:00)

Sumqayıtda küçədə meyit tapılıb.

AzNews.az-ın məlumatına görə, şəhərin 1-ci mikrorayon ərazisində küçədə kişi meyiti aşkarlanıb.

Aparılan araşdırma nəticəsində meyiti tapılan şəxsin 1-ci mikrorayon sakini 1980-ci il təvəllüdlü Cəfərov Asif Bünyad oğlu olduğu məlum olub.

Onun narkotik vasitənin təsirindən öldüyü bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.