Ermənistanda yoluxanların sayı 44 700-ü ötdü

6 Sentyabr 2020 12:49 (UTC+04:00)

Ermənistanda daha 134 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 783-ə yüksəlib.

Qeyd olunub ki, indiyədək 40 089 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 522 aktiv koronavirus xəstəsi var. Ümümilikdə keçirilən testlərin sayı 218 139-a bərabərdir.