Messi növbəti dəfə “Barselona”nın məşqinə qatılmadı

6 Sentyabr 2020 14:19 (UTC+04:00)

“Barselona”nın kapitanı Lionel Messi növbəti dəfə klubun təlim-məşq toplanışında iştirak etməyib.

AzNews.az xəbər verir ki, ulduz futbolçu “Barselona”nın məşqlərində iştirak etmək üçün COVID-19 testindən keçməli idi, lakin argentinalı hücumçu klubun bazasına gəlməyib.

Xatırladaq ki, daha əvvəl Kataloniya təmsilçisindən ayrılmaq istədiyini bildirən 33 yaşlı hücumçu qərarını dəyişib.

O, müqaviləsinin sonuna - 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.