Ukrayna Belarusla siyasi əlaqələri “dondurdu”

6 Sentyabr 2020 14:32 (UTC+04:00)

Ukrayna Belarusdakı mövcud vəziyyətə görə bu ölkə ilə arasındakı siyasi səviyyədə bütün rəsmi təmasları dayandırdı.

AzNews.az xəbər verir ki, bunu şənbə günü “Pryamoy” telekanalının efirində Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bildirib.

“Ukraynanın rəsmi qurumları ilə Belarus arasındakı təmasları dayandırdıq. Xarici İşlər Nazirliyi hal-hazırda rabitə kanalı olaraq qalır, bu müzakirə olunan bir sıra müəyyən məsələlər üçün olduqca dar bir kanaldır”, - deyə nazir bildirib.

Kuleba iki ölkə arasındakı ticarət əlaqələrinin dayanmadığını, bununla belə Kiyevin siyasi təmaslarda müəyyən fasilə verdiyini deyib.

Kuleba Ukraynaya geri çağırılmış Belarusdakı səfirinin tezliklə geri dönə biləcəyini istisna etməyib. Onun sadəcə məsləhətləşmələr üçün Ukraynada qaldığını bildirib.