Bakıda mənzildən qadın meyiti tapıldı

6 Sentyabr 2020 21:48 (UTC+04:00)

Bakıda mənzildən meyit tapılıb.

FHN-dən AzNews.az-a daxil olan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Cəfərova Müşqina Hüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.