Filippində 6 baldan çox zəlzələ oldu

6 Sentyabr 2020 22:25 (UTC+04:00)

Filippin sahillərində 6,6 bal gücündə zəlzələ olub.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Zəlzələnin episentri 41 min sakini olan Malita şəhərindən 34 kilometr cənub-şərqdə, 115 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.