Moskvada bir sıra aviareys ləğv edilib

7 Sentyabr 2020 10:00 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb.

"Gazeta.ru"nun verdiyi məlumata görə, "Vnukovo" hava limanında 4 aviareys ləğv edilib, 2-s gecikir.

Bildirilir ki, "Şeremetyevo" hava limanında 3 aviareys ləğv edilib, "Dovomodedovo" hava limanında 5 aviareys ləğv edilib, 9-u isə gecikir.

Qeyd edək ki, martın 27-dən etibarən Rusiya koronavirus pandemiyası səbəbindən beynəlxalq uçuşlarını dayandırmışdı. Lakin avqustun 1-dən etibarən Rusiya Federasiyası bir sıra ölkələrlə beynəlxalq hava trafikini bərpa etmişdi.

AzNews.az