Azərbaycan Prezidentinin bəyanatı "TRT World" telekanalında müzakirə olunub

7 Sentyabr 2020 14:30 (UTC+04:00)

Ermənistanla hərbi ittifaqa daxil olmaqla Yunanıstan faktiki olaraq Türkiyə üçün yeni təhdid mənbəyi yaratmaq istəyir.

Məlumata görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib.

S.Mikayılova bildirib ki, Ermənistanın Türkiyə əleyhinə fəaliyyəti bütün dünyada tanınır:

“Biz Ermənistanın Türkiyə və Azərbaycana qarşı çoxsaylı terror aktlarının və digər təxribatlarının şahidi olmuşuq. Yunanıstanın Ermənistanla hərbi ittifaqa daxil olmaq niyyəti də əslində Azərbaycan və Türkiyəyə qarşı yeni hücumları planlaşdırmağa yönəlib”. (Trend)

AzNews.az