Dövlət başçısı İranın yeni səfirinin etimadnaməsini qəbul edib

7 Sentyabr 2020 16:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.