Azərbaycan və Fransa yığmalarının start heyətləri bilindi

7 Sentyabr 2020 21:27 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Fransa oyunu üçün heyətlər açıqlanıb.

AzNews.az UEFA-nın saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 4. Mert Çelik, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Rüfət Abdullazade, 11. Elvin Cəfərquliyev, 15. Səbuhi Abdullazadə, 19. Rauf Hüseynli, 21. Emre Kaplan, 23. Ozan Can Kökcü

Fransa: 1. Alban Lyafon, 5. Benua Badiaşile, 6. Abdu Diallo, 9. Mussa Diabi, 10. Matteo Genduzi (k), 12. Jül Kunde, 13. Kolin Daqba, 19. Amin Quiri, 20. Babakari Sumare, 21. Krist-Emmanuel Fetu Mauassa, 22. Odson Eduar

Qeyd edək ki, Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da bşlayacaq.