Türkiyədə koronavirusla bağlı rəqəmlər artmaqda davam edir

7 Sentyabr 2020 23:09 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 57 nəfər dünyasını dəyişib, 1703 nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 730-a, yoluxanların sayı isə 281 509-a yüksəlib. Son 24 saat ərzində 1047 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ümumilikdə sağalan xəstə sayı 252 152-yə çatıb.