Məcburi köçkünlərin yaşadığı binada yanğın olub

7 Sentyabr 2020 23:21 (UTC+04:00)

Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 300 kv/m olan birmərtəbəli tikilinin yanar konstruksiyaları 80 kv/m sahədə yanıb. Tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.