Aktyor 8 il azadlıqdan məhrum edildi

8 Sentyabr 2020 14:30 (UTC+04:00)

Rusiyalı aktyor Mixail Yefremov ölümlə nəticələnən yol qəzası törətdiyi üçün 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, bu barədə Moskva şəhərinin Presno rayon məhkəməsi qərar verib.

Aktyor istintaq boyunca özünü təqsirsiz hesab etsə də, son məhkəmə iclasında günahını etiraf edib. Dövlət ittihamçısı onun 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirdi. (Trend)

AzNews.az