Livanın xarici işlər naziri koronavirusa yoluxub

9 Sentyabr 2020 18:57 (UTC+04:00)

Livanın xarici işlər naziri Şerbel Vahbanın koronavirusla bağlı testi müsbət çıxıb.

AzNews.az xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.

Şerbel Vahba bu vəzifədə Nasif Hittini əvəz edib. O, Saad Həririnin baş nazir olduğu hökumətdə Xarici İşlər Nazirliyində baş katib, Livan prezidenti Mişel Avnın diplomatik məsələlər üzrə müşaviri vəzifəsində işləyib.