Türkiyədəki nümayişçilərə pizzalı dəstək

4 İyun 2013 10:41 (UTC+04:00)


İstanbul Gezi Parkında baş verən olaylardan sonra internetdən yemək sifarişi rekord həddə çatıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən vediyi məlumata görə, Türkiyənin dörd bir tərəfindən nümayişçilərə dəstək olmaq üçün yemək-içmək göndərilib. Sifarişlərin ödənişidə kredit kartlarla internet vasitəsilə həyata keçirilib.

Nümayişçilər üçün daha çox pizza, hamburger kimi tez hazırlanan qidalar gətirilib. Bəzi şirkətlərdə isə işçilər toplaşaraq cəm şəklində şifarişlər edərək nümayişçilərə dəstək olublar. Nümayişçilər isə internet vasitəsi ilə göndərdikləri mesajlarda "pizza üçün təşəkkür edirik, amma bizə qaz əleyhinə maska göndərin" yazıblar.

Sirafişlər təkcə Türkiyədən deyil, Almaniya, Belçika, Fransa, Amerika, İngiltərə və hətta Keniyadan da edildiyi bildirilir. Məlumata görə, sifarişlər arasında dəyəri 2 min 500 lirəni keçən də olub. Ümumilikdə sifarişlərin 10 faizi ölkə xaricindən edilib. Xüsusilə də xaricdə yaşayan türklər öz həmvətənlərinə dəstək olurlar.

AzNews.az