BMT-nin 7 əməkdaşı koronavirusdan öldü

9 Sentyabr 2020 21:54 (UTC+04:00)

BMT-nin Yəməndə işləyən 7 əməkdaşı koronavirusa yoluxaraq ölüb.

AzNews.az xəbər verir ki, koronavirusa yoluxanlar təşkilatın humanitar proqramının əməkdaşları olub. Bundan başqa, həmin proqram çərçivəsində fəaliyyət göstərən onlarla şəxs bu virusa yoluxub.

Ümumilikdə, bu günədək Yəməndə 2 minə yaxın yoluxma qeydə alınıb, 600-ə yaxın xəstə həyatını itirib.