Dünyada ölənlərin sayı 900 min nəfəri ötüb

10 Sentyabr 2020 09:30 (UTC+04:00)

Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 900 min nəfəri ötüb.

"TASS"ın yaydığı məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 27 695 130 nəfər çatıb. Onlardan 900 079 nəfəri ölüb, 18 606 083 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox ölüm halları ABŞ-da (190 649), Braziliyada (127 464) və Hindistanda (73 890) qeydə alınıb.

AzNews.az