“Hakimiyyəti heç kəsə verən deyiləm” - Lukaşenko

10 Sentyabr 2020 14:06 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyəti heç kəsə vermək niyyətində olmadığını deyib.

AzNews.az Belarus KİV-nə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında söyləyib.

“Sizə kişi demək istəyirəm. Məni tez-tez hakimiyyəti əldən verməməkdə ittiham edirlər. Düzgün edirlər. Çünki hakimiyyəti verən deyiləm, xalq məni bunun üçün seçməyib”.