FHN güclü küləyin fəsadları ilə bağlı məlumat yaydı

4 İyun 2013 11:00 (UTC+04:00)


İyunun 3-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən respublikanın bəzi şəhər və rayonlarında güclü qərb küləyinin əsməsi barədə məlumat daxil olub. Gəncə şəhərində və Şəmkir rayonunda küləyin sürəti saniyədə 40 metrə çatıb.

İlkin məlumata görə, FHN-in Aran, Şimal-qərb və Gəncə Regional Mərkəzlərinin əhatə etdiyi ərazidə müxtəlif təsərrüfat obyektlərinə və infrastrukturlara ziyan dəyib. Hazırda müvafiq komissiyalar yerlərdə dəymiş ziyanı müəyyənləşdirir.

AzNews.az