Jurnalist iş yerini dəyişdi

10 Sentyabr 2020 14:53 (UTC+04:00)

Jurnalist Günel Bəhramqızına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində vəzifə verilib.

AzNews.az xəbər verir ki, bu haqda jurnalist öz “Facebook” hesabında məlumat yazıb:

“Artıq fəaliyyətimi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektorunda davam etdirəcəm. Təmsil etdiyim qurumun fəaliyyəti ilə bağlı suallarınız olarsa məmnuniyyətlə cavablandırmağa hazırıq! Sizi əməkdaşlığa dəvət edir, göstərəcəyiniz dəstək üçün təşəkkür edirəm!”

Qeyd edək ki, Günel Bəhramqızı daha əvvəl Azad Azərbaycan Müstəqil Teleradio şirkətində, Dövlət Vergi Xidmətində çalışıb.

Səidə Vahid

AzNews.az