Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi

10 Sentyabr 2020 17:00 (UTC+04:00)

Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

AzNews.az xəbər verir ki, bunu vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüqüqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.