Şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq

10 Sentyabr 2020 21:54 (UTC+04:00)

Təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələbələrdə bildirilib.

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.