Respekt.az: Ermənilər hərbi xidmətdən boyun qaçırır - Köçəryandan sensasion açıqlama

11 Sentyabr 2020 09:00 (UTC+04:00)

Hərbi xidmətin cəlbediciliyinin artırılması vacibdir.

Bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan gənclərlə görüşündə deyib.

O, bildirib ki, dövlət hərbi xidməti təşviq etmək üçün addımlar atmalıdır.

"İnsanlar başa düşməlidirlər ki, hərbi xidmət etmədikləri təqdirdə dövlət idarəçiliyi sistemində yer tapa bilməyəcəklər. Hərbi xidmət təhsildə imtiyazlar və digər üstünlükləri nəzərdə tutmalıdır. Beləliklə, dövlət bu məsələnin onun üçün çox vacib olduğunu göstərməlidir ki, orduda xidmət etməyənlərə dövlət postu tutmaq qadağandır”, - Köçəryan deyib.

Onun sözlərinə görə, bir vaxtlar bu, qanunla tənzimlənməsə də, faktiki olaraq belə olub:

“İndisə hər şey tərsinədir. Belə təəssürat yaranır ki, orduda xidmət etmək dövlət sistemində vəzifə almağa, karyera yüksəlişinə mane olur”. (Respekt.az)