Nazirlik ana ölümü ilə bağlı araşdırmalara başladı

4 İyun 2013 11:09 (UTC+04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Mingəçevirdə baş verən ana ölümü ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Leyla Seyidəliyeva bildirib. Onun sözlərinə görə, hadisə iyunun 3-də baş verib: "Meyit ekspertizaya verilib. Ekspertizanın nəticələri 2-3 həftəyə məlum olacaq. Meyit üzərində histoloji müayinələr aparılacaq".

Qeyd edək ki, Mingəçevir şəhər Polis İdarəsindən verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.//lent.az//

AzNews.az