Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

11 Sentyabr 2020 11:15 (UTC+04:00)

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah, sentyabr ayının 12-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.