Həftəsonları metro işləməyəcək

11 Sentyabr 2020 13:00 (UTC+04:00)

Sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılacaq.

Bu barədə AzNews.az-a Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, sentyabrın 14-dən metro fəaliyyətini bərpa edir.